Öryət k., Şəki ş., Azərbaycan.

XİDMƏTLƏR

İstehsal edilən ekoloji təmiz məhsulların qablaşdırılması, alıcılara çatdırılması.

 

Təsərrüfat ərazisində ziyarətçilərə bələdçilik etmək, məlumat vermək (azərbaycan, rus, ingilis və ərəb dillərində).

 

Qonaqlara və turistlərə iaşə xidməti göstərmək, çay, kofe, sərinləşidirici içkilər, yeməklər təklif etmək.

 

Sifariş əsasında ad günlərinin, bayram günlərinin qeyd olunması və digər tədbirlərin təşkili.

 

Video və fotoşəkillərin çəkilməsi, göndərilməsi, həmçinin razılıq əsasında məkanın sosial media hesabları və saytında yerləşdirilməsi.

 

Ziyarətçilərə ilkin tibbi yardımın göstərilməsi.

 

Orta məktəb şagirdləri və tələbələrə, fermerlərə təsərrüfatda müasir əkinçilik üsullarının tətbiqinə dair əyani məsləhət verilməsi.

 

Tingçilik təsərrüfatının xidmətləri (yetişdirməyə dəstək, satışı və s.).

 

Əlavə olaraq qonaqlara və turistlərə ödəniş əsasında restoran - iaşə xidmətləri göstərilir, içməli sular, ekzotik mürəbbələr və Şəki şirniyyatı və bal ilə çay və kofe təqdim olunur. Eyni zamanda qonaqlara, turistlərə sifariş əsasında göyərti və ət qutabı, müxtəlif yeməklər, təsərrüfatda yetişdirilən balıq, quşətindən istifadə etməklə hazırlanmış təamlar təqdim olunur.

 

Qonaqlar və turistlərə arzu etdikləri halda müvafiq ödəniş əsasında təsərrüfatda yetişdirilən ekoloji təmiz ekzotik meyvələr, onlardan hazırlanmış mürəbbələr, səfalı sular, zəfəran çiçəyi, bal məhsulları təqdim olunur.

 

Təsərrüfatda yetişdirilən ekoloji təmiz meyvə, giləmeyvə, arıçılıq məhsulları mövsüm ərzində müntəzəm olaraq xüsusi qablaşdırıcılarda satış obyektlərinə və alıcılara çatdırılır.

 

Əhalinin asudə vaxtının səmərəli təşkili, əlamətdar günlərin qeyd olunması ad günləri, bayram və başqa tədbirlərin təşkili qarşılıqlı razılıq əsasında xüsusi ödənişlə təşkil edilir.

 

 

 

 

 

 

 

 

 

 

Oxunub: 755