Öryət k., Şəki ş., Azərbaycan.

ELMİ TƏDQİQAT

Təsərrüfatın rəhbəri Nuriyev Etibar Məsim oğlu 2010 - 2012 - ci illərdə Qafqaz Təbiəti Mühafizə QHT Şəbəkələri Təşkilatı (SENN) tərəfindən Avropa İttifaqının Maliyyə dəstəyi ilə həyata keçirilən "Cənubi Qafqazda torpaqların deqradasiyasının qarşısının alınması və onlardan səmərəli istifadə etməklə yoxsulluğun azaldılması" regional layihənin Azərbaycanda tərəfdaş kimi iştirakçısı olmuş "Ruzigar Ekoloji Təşkilat" (ölkə koordinatoru İslam Mustafayev) tərəfindən Tbilisidə təlim və seminarlarda, həmçinin Azərbaycanın Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında təşkil edilən tədbirlərdə iştirak etmiş, təcrübə mübadiləsi aparmışdır.

 

Təsərrüfatın rəhbəri Nuriyev Etibar 2014 - cü ilin avqust - sentyabr aylarında Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının xətti ilə Çin Xalq Respublikasında təşkil edilən "İrimiqyaslı şəraitdə müasir kənd təsərrüfatının formalaşdırılması və idarə edilməsi" mövzusunda fermerlər üçün təşkil edilən bir aylıq kursun iştirakçısı olmuş, Çin Xalq Respublikası Kommersiya Nazirliyinin sertifikatını almışdır.

 

Seminarda əsasən müasir şəraitdə ekoloji əkinçiliyin əsas prinsip və üsulları, onlardan səmərəli və davamlı istifadə etməklə məhsuldarlığın artırılması, innovativ üsulların tətbiqi, torpağın münbitləşdirilməsi, intensiv kənd təsərrüfatının yaradılması və sənayeləşdirilməsi əsasında idarə edilməsi, kənd təsərrüfatında logistika imkanlarının formalaşdırılması və tətbiqi istiqamətində təlimlərdə iştirak etmiş, Çin Xalq Respublikasının hazırda bu istiqamətdə fəaliyyət göstərən müasir fermer təsərrüfatlarında olmuş və yerinə yetirilən yeniliklərlə əyani tanış olmuşdur.

 

Sonrakı illərdə sahibkar Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının xətti ilə müxtəlif illərdə Portuqaliya, İspaniya, İtaliya, Fransa, Almaniya, Bolqarıstan, Latviya, Litva, İran, Türkiyə, Pakistan, Səudiyyə Ərabistanı, Omman, Malta, Gürcüstan, Rusiya, Türkmənistan, Polşa, İsveçrə kimi ölkələrdə təcrübə mübadiləsində olmuş, oxşar təsərrüfatlarla tanışlıq nəticəsində öz bilik və bacarıqlarını artırmış, həmin ölkələrin təsərrüfatlarından əldə olunmuş müsbət nəticələrin və yeniliklərin öz təsərrüfatında tədqiq etmiş, onlardan introduksiya edilmiş ekzotik bitkilərin təsərrüfatında becərilməsini təşkil etməklə onu daha da zənginləşdirməyə nail olmuşdur.

 

Ümumiyyətlə təsərrüfatda bütün tədbirlər istər torpağın əkinə hazırlanması və becərilməsi əkin işlərinin yerinə yetirilməsi, ağaclara mövsüm ərzində qulluq göstərilməsi, aqrotexniki tədbirlər, xəstəliklərə qarşı mübarizə, meyvə yığımı və emalının təşkili müasir üsul və vasitələrlə beynəlxalq təcrübəyə istinad edilməklə mövsüm ərzində icra edilir, ekoloji təmiz K,T məhsullarının istehsalı yerinə yetirilməklə, əhaliyə çatdırılır.

 

Hal - hazırda təsərrüfatın suvarılması kimi müasir damcılı suvarma üsulunun tətbiqi istiqamətində intensiv tədbirlər yerinə yetirilir.

 

2012 - ci ildə layihə çərçivəsində Şəki rayonunda yerinə yetirilmiş "Torpaq ehtiyatlarının səmərəli istifadəsi" və "Yaşıl təbiət" ekoloji turizm pilot layihələri yerinə yetirilmiş, nəticə olaraq Şəki rayonu Baş Zəyzid kəndi ərazisində eroziyaya məruz qalmış 1 ha sahədə 2500 ədəd ağac əkilməklə meşə bərpa işləri yerinə yetirilmişdir.

 

Digər pilot layihəsi kimi "Yaşıl təbiət" ekoloji turizm layihəsi çərçivəsində Etibar Nuriyevə məxsus torpaq sahəsində torpaq - bərpa işləri yüksək keyfiyyətlə yerinə yetirilmiş və qısa müddətdə meyvə bitkilərindən ibarət təbii aqrosenoz yaradılmış və sahibkar töhfə olaraq nümunəvi layihə icraçısı kimi iki komplekt günəş batareyaları ilə mükafatlandırılmışdır.

 

Sonralar yerinə yetirilən intensiv tədbirlər sayəsində ərazi genişləndirilməklə infrastruktur daha da zənginləşdirilmiş, çoxlu sayda tumlu və çəyirdəkli meyvə və müalicəvi bitkilərin əkilməsi sayəsində aqroturizm məkanına çevrilmişdir.

 

Sonrakı illərdə o, bir çox regional və yerli ekoloji layihələrin iştirakçısı olmuş, öz bilik və bacarıqlarını artırmaqla təsərrüfatın inkişaf etdirməklə, ölkədə analoqu olmayan 8 ha sahədə aqroturizm məkanı yaradılmışdır.

 

Təsərrüfatın yaradılmasının və fəaliyyətinin məqsədi əsasən ölkədə və regionda geniş yayılmış tumlu, çəyirdəkli və qərzəkli meyvə bitkilərini, həmçinin sitrus bitkilərinin əkilməsi, yetişdirilməsi və becərilməklə onların in - situ şəraitdə qorumasını təşkil etmək, bununla da aqro biomüxtəlifliyin qorunmasına töhfə verməkdən ibarətdir.

 

Bundan başqa dünyanın digər ölkələrindən oxşar bitkilərin infroduksiya yolu ilə ərazidə becərilməsinin təşkili kimi də elmi - tədqiqat xarakterli işlər yerinə yetirilir.

 

Ümumiyyətlə, təsərrüfatda istər torpağın əkinə hazırlanması, münbitləşdirilməsi, əkin işlərinin aparılması, sonrakı illərdə bitkilərin böyümə və inkişafının dinamikasının öyrənilməsi, zərərverici, həşərat və xəstəliklərə qarşı bütün aqrotexniki mübarizə tədbirləri yerli, beynəlxalq təcrübəyə istinad olunaraq, keyfiyyətlə, peşəkar səviyyədə yerinə yetirilir.

 

Xaricdən infroduksiya edilmiş bütün bitki sortları üzərində ilkin illərdə vegetasiya müddətində böyümə və inkişafının dinamikası öyrənilir. Mühitə uyğunlaşması üzrə müşahidələr aparılır, mütəxəssis rəyi əldə olunur.

 

Təsərrüfatda müntəzəm olaraq dünyanın bir çox ölkələrindən gətirilmiş bitki sortlarının əkilməsi hesabına bitki və biomüxtəlifliyin daim zənginləşdirilməsi yerinə yetirilir.

 

Hazırda təsərrüfatda yerli bitkilərlə yanaşı Türkiyə, İspaniya, İsrail, İtaliya, Çin, İran, Rusiya, Yaponiya ölkələrindən gətirilmiş böyürtkən, moruq, üzüm, badam, portağal, fıstıq, əncir, zəfəran, şabalıd, gilas, alma, armud, nar, fındıq, çiyələk, mersin, qaragilə bitkiləri yetişdirilir.

 

Təsərrüfatda müntəzəm olaraq bu bitkilərin böyümə və inkişafının dinamikası, məhsuldarlığı tədqiq olunur.

 

Tədqiqat xarakterli işlər sırasında xüsusi əhəmiyyətə malik olan biomüxtəlifliyin əsas komponenti olan dərman bitkilərinin aktiv işlək kolleksiyasının yaradılmasıdır ki, bu da özünü ərazidə çaytikanı, yemişan, zirinc, sumax, mersin, badam, quşarmudu, qaragilə, başinağacı, zoğal, ərik, moruq, çiyələk, zəfəran, portağal, narıngi, alça, gavalı, əncir, üzüm, nar bitkilərin yetişdirilməsində özünü biruzə verir.

 

Təsərrüfatın bitki genofondu daim Respublikanın rayonlarından və digər ölkələrdən gətirilən bitki sortları hesabına daha da zənginləşdirilir.

 

Təsərrüfatda turistlərin gediş - gəliş yolunun kənarlarında, həmçinin istirahət üçün nəzərdə tutulmuş yerlərin ətrafında əkilmiş xüsusi bəzək və gül kolları dekorativ bitkilər, klematis və sarmaşıq bitkiləri göz oxşamaqla yanaşı əraziyə xüsusi gözəllik verir, onların aktiv istirahətinə xüsusi töhfə verməklə yanaşı dekorativ bağçılığın mühüm elementlərinin tətbiqindən və səmərəli istifadəsindən xəbər verir.

 

Ümumiyyətlə, təsərrüfatda torpağın əkinə hazırlanmasından başlayaraq, becərmə işləri, məhsulun yetişdirilməsi, yığılması və emalı, satışa çıxarılması, istifadəsi elmin bu sahələrindəki son nailiyyətlər  beynəlxalq təcrübəyə istinad edilərək yerinə yetirilir.

 

Şəki rayonunda və regionun digər rayonlarının orta, orta ixtisas və ali məktəblərinin şagird və tələbələri üçün ekoloji təcrübə üzrə bilik və bacarıqların əldə olunması onların təkmilləşdirilməsi üçün əhəmiyyətlidir.

 

Belə ki, orta məktəb şagirdlərinə və ali məktəb tələbələrinə "Botanika" və "Biologiya" dərslərini bu ərazidə əyani şəkildə təşkil etməklə onların bilikərinin artırılmasına, ekoloji tərbiyə işlərinin təşviqi istiqamətində bilgilər verilməsi təqdirəlayiqdir.

 

Digər tərəfdən rayonda fəaliyyət göstərən və bağçılıqla məşğul olan fermerlərin bu sahədə bilik və bacarıqlarının artırılması istiqamətində ərazidə təlim və seminarların təşkili mümkündür. Ərazinin aqroturizm məkanı kimi yüksək əhəmiyyətini nəzərə alaraq, digər rayonlarda aqroturizmin inkişafı üçün fermerlərin, həmçinin turizm ixtisası üzrə təhsil alan tələbələrin bu məkanda ixtisaslaşması üçün əlverişli şərait mövcuddur.

 

Əlavə olaraq rayonda, bölgədə fəaliyyət göstərən meyvəçilik təsərrüfatlarında işçilərin və fermerlərin maarifləndirilməsi, məlumatlandırılması üçün seminar və təlimlərin təşkili üçün əlverişli məkan kimi qiymətləndirilir.

 

Təsərrüfatda turizm ixtisası üzrə təhsil alan tələbələrin aqroturizmin təşkili üzrə bilik və bacarıqların əldə olunması, bu sahənin digər regionlarda genişləndirilməsi üzrə məlumatlandırılması yerinə yetirilir ki, bu da ölkənin turizm imkanlarının genişləndirilməsinə xidmət edən amildir.

 

2021 - ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi tərəfindən həyata keçirilən "Şəhərdən - kəndə" layihəsi çərçivəsində "BioGarden" təsərrüfatında "Xidmət sektorunun inkişafı" pilot layihəsi çərçivəsində təsərrüfata bir sıra mətbəx - məişət avadanlıqları töhfə kimi verilmiş və nəticədə əhaliyə, turistlərə göstərilən iaşə xidmətinin keyfiyyəti, səviyyəsi, çeşidi dəfələrlə yüksəlmişdir.

 

2022 - ci ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən qarşılıqlı iqtisadi əməkdaşlıq çərçivəsində "BioGarden" təsərrüfatına günə 150 kq meyvə qurutma qabiliyyətinə malik olan avadanlıq töhfə kimi təqdim olunmuş və hazırda avadanlıq gətirilərək xüsusi sahədə quraşdırılaraq istifadəsi planlaşdırılır.

 

Bu sahənin işə düşməsi təsərrüfatda yetişdirilən meyvənin qurudulması sayəsində itkinin qarşısını almaqla yanaşı, əhalinin qurudulmuş meyvələrə olan tələbatlarının ödənilməsinə şərait yaradacaq.

 

Təsərrüfatın 10 ton həcmində soyuducu kamera olması imkan verir ki, bir çox ekzotik məhsulların mövsüm ərzində saxlanılması və istifadəsi təmin edilsin.

Mingəçevir Turizm və Menecment Kollecinin turizm ixtisası üzrə tələbələri ilə aqro-eko turizm haqqında nəzəri və praktiki dərslər keçirilmiş, praktiki olaraq, aqro-texniki işlər öyrədilmişdir. Sonda tələbələr aqro-eko turizm model-layihələrini təqdim etmişlər. 

16 dekabr 2024-cü il tarixində KOBİA tərəfindən il ərzində biznesdə innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv investisiya fəaliyyəti ilə seçilən və məşğulluğun təmin edilməsinə öz töhfəsini verən 15 biznes subyektinə "Dayaq" mükafatı təqim edilib. Mükafatlandırılan sahibkarlar arasında "Biogarden" aqro-eko turizm məkanının rəhbəri Etibar Nuriyev də olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oxunub: 860