Öryət k., Şəki ş., Azərbaycan.

STRATEGİYAMIZ

Hazırda Cənubi Qafqazda ilk və tək olan eko - turizm konseptinin inkişafı və bu sahədə dünyanın qabaqcıl məkanları ilə rəqabətə davamlılığın təmin edilməsi əsas prioritetlərimizdəndir. Məqsədlərimizdən yola çıxaraq təsərrüfatı, kompleksi iqtisadiyyatın iki önəmli sahəsi - kənd təsərrüfatı və turizmin vəhdəti halına gətirməkdir.

 

Dünya təcrübəsi öyrənilməklə, məkanımızda "Təmiz şəhər", "Təmiz məkan" konsepsiyasının tətbiqi planlaşdırılır. Tullantısız yaşama keçmək günümüzün tələbinə çevrilir. Bu tələbdən çıxış edərək təkrar istehsalın (heyvan və bitki artıqlarının humusa çevrilməsi, restoranda qalan yemək artıqlarının heyvan və quşların yemlənməsində istifadəsi, ekoloji təmiz qab və paketlərdən istifadə, kağız və metal tullantılar üçün ayrıca zibil qutularının yerləşdirilməsi və s.) tətbiqinə başlanacaqdır.

Oxunub: 496